Azərbaycanın “Azəri-Çıraq-Günəşli”dən əldə etdiyi mənfəət neftinin həcmi açıqlanıb

2020.09.17 10:42 (UTC+04:00)

Cari il sentyabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 305 milyon ton mənfəət nefti satılıb.

Bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

“Artıq 21-ci ildir ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. Cari il sentyabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 305 milyon ton mənfəət nefti satılıb ki, bu da həmin vaxtadək çıxarılmış AÇG neftinin 59 faizini təşkil edir. Mənfəət neftinin həcmi ilbəil artır. Bu ilin 8 ayında “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilmiş 16 milyon ton neftin 12 milyon tonu, yəni 75 faizi Azərbaycanın payına düşən mənfəət nefti olub. Hazırda 26 ildir ki, “Əsrin müqaviləsi” çərçivəsində işlər uğurla davam etdirilir”, - deyə o bildirib.