Hazırda ölkədə dövriyyədə olan ödəniş kartlarının 24 faizi, POS-terminalların isə 52 faizi təmassız ödənişləri dəstəkləyir.
Azərbaycan Mərkəzi Bankından bildirilib ki, növbəti illər ərzində bankların bütün kartları və POS-terminalları tam olaraq təmassız ödənişləri dəstəkləyəcək. Ölkədə rəqəmsal ödəniş ekosisteminin yaradılması istiqamətində görülən işlər çərçivəsində təmassız ödəniş infrastrukturunda ciddi artımlar olub.