Yanvar-avqust aylarında 342,9 min ton diri çəkidə ət istehsal edilib

2020.09.16 12:43 (UTC+04:00)

Ötən ilin müvafiq dövrü ilә müqayisәdә cari ilin yanvar-avqust aylarında diri çәkidә әt istehsalı 3,1 faiz artaraq 342,9 min ton olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövrdə süd istehsalı 1,9 faiz artaraq 1 milyon 411,9 min ton, yumurta istehsalı 6,6 faiz artaraq 1 milyard 324,2 milyon әdәd vә yun istehsalı 0,5 faiz artaraq 15,5 min ton təşkil edib. Bundan başqa, ölkәdә 446,6 ton barama istehsal edilib.

Ötən ilin yanvar-avqust ayları ilә müqayisәdә kәnd tәsәrrüfatının ümumi mәhsulu 1,9 faiz, o cümlәdәn bitkiçilik mәhsullarının istehsalı 0,6 faiz, heyvandarlıq mәhsullarının istehsalı isә 3,2 faiz artıb.