Sentyabrın 17-də Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zəmanət Fondu” (İKZF) ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən bildirilib ki, emissiyanın həcmi 25 milyon manat, nominal dəyəri 1000 manat, hərrac qiyməti 1005,3 manat, faiz dərəcəsi 3,25 faiz, faiz gəlirinin ödəniş müddəti 180 gün, tədavül müddəti 20 ildir. “İnvest-AZ İnvestisiya Şirkəti” QSC anderrayter vəzifəsində çıxış edir.
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək. İKZF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib. BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsindədir.