Azərbaycan neftinin bir barreli 40,64 dollara satılır

2020.09.16 12:09 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti bahalaşır.

"Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,73 dollar artaraq 40,64 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.