Yanvar-avqust aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 170 milyon dollardan çox olub.
Bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Hesabat dövründə Belarusdan Azərbaycana ixracın dəyəri 72,1 milyon dollar, ölkəmizdən Belarusa isə 98,2 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının dəyəri 227 milyon dolları ötüb, bu da 2018-ci illə müqayisədə 23 milyon dollar çoxdur.