Yanvar-avqust aylarında ölkədən 373 min ton meyvə-tərəvəz ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, hesabat dövründə ixrac olunan meyvə-tərəvəzin dəyəri 376,2 milyon dollar təşkil edib.
Xatırladaq ki, ötən ilin eyni aylarında 361,7 milyon dollar dəyərində 365 min ton meyvə-tərəvəz ixrac olunub.