Azərbaycan Turizm Assosiasiyası (AZTA) Şimal-Şərq, Şimal-Qərb, Qərb və Cənub regionlarında beş yeni nümayəndəliyini açıb. Yeni yaradılan nümayəndəliklər yerləşdikləri bölgələrdəki turizm potensialının daha da yaxşı öyrənilməsi və daxili turizmin inkişafı üçün yeni imkanların yaradılmasına xidmət edəcək.
AZTA-dan bildirilib ki, turizm potensialının öyrənilməsi və təşviqi ilə yanaşı, yerli əhalinin mikro və kiçik sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, regionlarda məşğulluq prosesi diqqət mərkəzindədir. Xüsusilə də kənd yaşıl turizmi və aqrar turizmin inkişafı üçün böyük imkanlar yaradılacaq.