İspaniya "Whatsapp"ın gəlirlərindən vergi tutmaq niyyətindədir

2020.09.15 14:51 (UTC+04:00)

İspaniyada ictimaiyyətə açıqlanan yeni qanun layihəsi çərçivəsində "Whatsapp" kimi axtarış və ani mesajlaşma xidmətləri göstərən şirkətlərin gəlirlərinə görə vergi ödəməsi təklif olunub.

Telekommunikasiya və Rəqəmsal İnfrastruktura məsul dövlət naziri Roberto Sançes vurğulayıb ki, artıq ölkənin rabitə xidmətlərindən istifadə formaları dəyişib və bunun da nəticəsində rəqabət şərtləri dəyişib.

Yeni qanun layihəsi ildə 1 milyon avrodan artıq dövriyyəsi olan şirkətlərin hər min avro brutto gəlir üçün bir avrodan artıq olmamaq şərtilə vergiyə cəlb olunmasını nəzərdə tutur.

R.Sançes İspaniya xalqının gələn aydan qanunla bağlı müşahidə aparmağa dəvət edildiyini bildirib.

Qeyd edək ki, İspaniya internet şirkətlərindən daha çox vergi tutulmasına tərəfdar ölkələr sırasındadır.