Yanvar-avqust aylarında əsas kapitala yönəldilmiş vəsaitin 5 milyard 356 milyon manatını və ya 61,7 faizini daxili vəsaitlər təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitin 5 milyard 349,7 milyon manatı və ya 61,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 59,4 faiz, büdcə vəsaitləri 22,7 faiz, bank kreditləri 6,1 faiz, əhalinin şəxsi vəsaitləri 5,8 faiz, digər vəsaitlər 4 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 2 faiz təşkil edib.