Dövlət Statistika Komitəsindən bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-avqust aylarında 24,7 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz az sənaye məhsulu istehsal edilib. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 4,9 faiz azalması hesabına baş verib.
Sənaye məhsulunun 60,7 faizi mədənçıxarma sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,2 faiz azalıb, əmtəəlik təbii qaz istehsalı isə 12,2 faiz artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 9,7 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,7 faiz azalıb.