Sahibkarlar "Kazan Digital Week" onlayn forumunda iştiraka dəvət olunurlar

2020.09.14 13:12 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib.

KOBİA-dan bildirilib ki, sentyabrın 21-24-də “Kazan Digital Week” onlayn forumu keçiriləcək. Forumun məqsədi rəqəmsal texnologiyalar sahəsində ən qabaqcıl təcrübələri və yenilikləri əhatə edəcək platforma vasitəsilə intellektual nəqliyyat sistemləri, kibertəhlükəsizlik, innovasiyalar, maliyyə texnologiyaları və digər nailiyyətlərin təqdim edilməsidir.

Onlayn forumda iştirak etmək istəyən Azərbaycan sahibkarları "www.kazandigitalweek.com" saytına daxil olmaqla ətraflı məlumat əldə edə, tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.