Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Yosixide Suqa istehlak vergisinin hazırda 10 faiz olan dərəcəsini artırmağın zəruri olduğunu bildirib: "İnzibatçılıq sahəsində islahatları həyata keçirdikdən sonra istehlak vergisinin dərəcəsini artırmalıyıq".
İstehlak vergisinin dərəcəsinin nə qədər artırılacağının nəzərdə tutulduğu barədə isə dəqiq məlumat verilməyib.
Qeyd edək ki, Yaponiyada istehlak vergisinin dərəcəsi sonuncu dəfə 2019-cu ilin oktyabr ayında 8 faizdən 10 faizə qaldırılmışdı.