Energetika Nazirliyi bu ilin yanvar-avqust aylarında Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb.
Nazirlikdən bildirilib ki, 8 ayda respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 131,1 milyon kilovat/saat azalaraq 17 milyard 502,7 milyon kilovat/saat olub.
Hesabat dövründə keçən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı istilik elektrik stansiyalarında (İES) 231,2 milyon kilovat/saat artaraq 16 milyard 415,5 milyon kilovat/saat, su elektrik stansiyalarında (SES) 357,8 milyon kilovat/saat azalaraq 846,6 milyon kilovat/saat, digər mənbələr (külək, günəş elektrik stansiyaları və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu) üzrə isə 4,5 milyon kilovat/saat azalaraq 240,6 milyon kilovat/saat olub.