Bu gün Azərbaycanın da iştirak etdiyi mühüm beynəlxalq tranzit marşrutlardan olan “Şimal-Cənub” nəqliyyat dəhlizinin təməlinin qoyulmasının 20 ili tamam olur.
Rusiya, İran və Hindistan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə xidmət edən bu sazişə ölkəmiz 2005-ci ildə qoşulub.
Layihə çərçivəsində Azərbaycan İran sərhədinə qədər dəmir yolunun və Astara (İran) yük terminalının tikintisini təmin edib. Eyni zamanda, Astara çayının üzərində dəmir yolu körpüsü inşa olunub.
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiya və Avropaya, eləcə də əks istiqamətdə gedən yüklərin çatdırılma müddətini azaltmaqdır.