Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılacaq

2020.09.11 18:08 (UTC+04:00)

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşəbbüsü, Türkiyənin aparıcı turizm qurumlarının dəstəyi ilə Türk Dövlətlərinin Turizm Təşkilatının yaradılması nəzərdə tutulub. AZTA-dan bildirilib ki, yeni yaradılacaq qurumun əsas məqsədi türk dünyasının turizm potensialının birgə təbliği və geniş təşviqi, dünyaya yayılmasıdır.

Hazırda Türk Dövlətlərinin Turizm Təşkilatının yaradılması üçün türkdilli ölkələrin müvafiq qurumları ilə yüksək səviyyədə danışıqlar aparılır.