Avqustda Gömrük Komitəsinin büdcə daxilolmaları 285,2 milyon manatdan çox olub

2020.09.11 16:34 (UTC+04:00)

Avqustda Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 285 milyon 263 min manat olub.

Komitədən bildirilib ki, keçən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 79 milyon 115 min manat, əlavə dəyər vergisi üzrə 192 milyon 135 min manat, aksizlər üzrə 11 milyon 417 min manat, yol vergisi üzrə isə 2 milyon 595 min manat təşkil edib.