ABŞ neftin qiymətinə dair proqnozunu yüksəldib

2020.09.10 15:35 (UTC+04:00)

ABŞ “Brent” markalı xam neftin qiyməti ilə bağlı proqnozunu artırıb.

AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumatda bildirilir ki, EIA cari ildə “Brent”in bir barelinin orta qiymətinin 41,9 dollar olacağını nəzərdə tutur. Ötənaykı proqnoz isə 41,4 dollar/barrel idi.

EIA bildirib ki, ilin birinci rübündə “Brent”in orta qiyməti 50 dollar/barel, ikinci rübdə 29 dollar/barrel olub. Üçüncü rübdə qiymətin 43,9 dollar/barrel, son rübdə 44,1 dollar/barrel olacağı gözlənilir. “Brent”in orta qiyməti gələn il isə 49 dollar/barel olacaq.

Bundan əlavə, EIA gözləntilərin əksinə olaraq qarşıdakı aylarda qlobal neft ehtiyatlarının artacağını və xam neft hasilatı həcmindəki bolluğun qiymət üzərində təzyiq göstərəcəyini qeyd edib.