"Moody's": Neftin qiyməti gələn ilədək 40-45 dollar arasında qalacaq

2020.09.10 11:45 (UTC+04:00)

Neftin qiyməti 2021-ci ilə qədər 40-45 dollar arasında dəyişəcək.

Bu proqnozla "Moody's" beynəlxalq reytinq agentliyi çıxış edib.

Agentliyə görə, hazırda mənfi vəziyyətdə olan qlobal neft və təbii qaz sektoru 2021-ci ilin iyun ayınadək gözlənilən canlanmaya bağlı olaraq sabit gedişinin davam etdirəcək.

İnteqrasiya olunmuş neft və qaz şirkətləri bu ilin ikinci rübündəki canlanmanın ardından emal məhsullarına olan tələbatın artmasından faydalanacaq, lakin tələbat keçən ilə nisbətən 2021-ci ilə qədər zəif olacaq.

Aprel-iyun aylarını əhatə edən dövrdən sonra qismən artın tempinə yönələn neft qiymətləri 2021-ci ilədək 40-45 dollar/barrel arasında qalacaq.

Əgər neftin qiyməti iqtisadi dirçəliş fonunda orta müddətli perspektivdə bir barel üçün 45-65 dollar aralığına yüksələrsə, neft-və qaz sektoru üçün də proqnoz müsbət olacaq.