Sosial müdafiə sahəsində çalışanlar üçün təlimlər keçilir

2020.09.11 15:15 (UTC+04:00)

Ötən aydan başlayan təlimlərin məqsədi sosial müdafiə sahəsində çalışan əməkdaşların bilik və peşəkarlığının, vətəndaşlara çevik, şəffaf və effektiv xidmət göstərilməsi üzrə hazırlıq səviyyələrinin artırılmasıdır.

Təlimlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) və Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında təşkil olunur. Fonddan verilən məlumata görə, təlimlərdə pensiya siyasətinin əsasları, pensiya qanunvericiliyinin prinsipləri, xüsusi şərtlərlə əmək pensiyalarının təyin edilməsinin hüquqi əsasları, qaydaları barədə iştrakçıların nəzəri və praktiki bilikləri artırılır.