Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,17 dollar geriləyərək 39,61 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,18 dollar ucuzlaşaraq 36,58 dollar olub.