İranın Prezident administrasiyasının yazılı açıqlamasına görə, İqtisadi Əlaqələndirmə Mərkəzinin Tehranda keçirilmiş yığıncağında çıxış edən Prezident Ruhani ölkənin vergi sistemində nəzarətdən çıxan dalağalanmaya münasibət bildirib.
Vergi sahəsində daha ədalətli bir sistemin formalaşdırılmasının zəruri olduğuna diqqət yönəldən Ruhani bu istiqamətdə elektron dövlət mexanizmlərindən faydalanmaqla tənzimləmələr aparılmasını istədiyini bildirib: “Vegitutma sistemində effektiv mexanizmlər yaratmaqla vergi ədalətliliyinin daha yüksək səviyyəyə çatdırılması təmin edilməlidir”.
Qeyd edək ki, İranın Vergi İdarəsinin rəhbəri Omid Ali Parsa iyun ayında verdiyi açıqlamada ölkədə 45 trilyon tümən (təxminən 2 milyard dollar) həcmində vergi yayındırıldığının təxmin olunduğunu və hökumətin bunun qarşısını yaxın zamanlarda yaradılacaq e-dövlət mexanizmləri ilə almağa səy göstərəcəyini bildirmişdi.