Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrində yoxlama və monitorinqlər davam etdirilib, avqust ayında 28 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.
Xidmətdən bildirilib ki, ötən ay operativ vergi nəzarəti tədbirləri zamanı 27 vergi ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 1 şəxsin isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan fəaliyyət göstərməsi aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidən yayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 1 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb.
Qeyd olunan dövrdə müvafiq icra hakimiyyəti orqanları ilə birgə 7 işəgötürəndə aparılmış araşdırmalar zamanı 18 yeni əmək müqaviləsinin bağlanmasına nail olunub.