Azərbaycan qazının TAP vasitəsilə Avropaya test rejimində nəqlinə başlanılıb

2020.09.04 09:49 (UTC+04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan təbii qazın Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Avropaya test rejimində nəqlinə başlanılıb.

Qaz Türkiyə-Yunanıstan sərhədində birləşən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Adriatik dənizini keçəcək və İtaliyaya qədər çatdırılacaq. TAP-ın 2021-ci ilin I rübündə tam gücü ilə fəaliyyət göstərəcəyi bildirilib.