Növbəti il əlil, şəhid ailələri, qaçqın və məcburi köçkünlər üçün evlərin tikintisi davam etdiriləcək

2020.09.03 18:12 (UTC+04:00)

2021-ci il əlil və şəhid ailələri, qaçqın və məcburi köçkünlər üçün evlərin tikintisi prioritet xərc istiqamətlərindən biri olacaq.

Maliyyə Nazirliyindən bildirilib ki, qaçqın və məcburi köçkünlər və bu qəbildən olan həssas qruplar, o cümlədən əlil və şəhid ailələri üçün evlərin tikintisi üçün dövlət əsaslı vəsait qoyuluşunun davam etdirilməsi ortamüddətli dövrdə prioritet xərc istiqamətlərindən biri olacaq.