Bu ilin səkkiz ayında 80 sahibkarlıq subyektinə 6 milyon 308 min manat ixrac təşviqi geri ödənilib.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyalarln Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev sentyabrın 3-də keçirdiyi mətbuat konfransında deyib.
Y.Abdullayev qeyd edib ki, ixrac olunan məhsulların dəyəri 111 milyon 170 min dollar olub. 2016-2020-ci illərdə ödənilən ixrac təşviqinin məbləği 23 milyon 261 min manat təşkil edib.