İnvestisiyaların təşviqi istiqamətində yeni qanun layihəsi hazırlanır.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev sentyabrın 3-də keçirdiyi mətbuat konfransında deyib.
Y.Abdullayev bildirib ki, həmçinin Beynəlxalq Maliyyə Korporasiyası ilə 2020-2025-ci illəri əhatə edən xarici investisiyaların təşviqinə dair strategiya hazırlanıb. Strategiyada qeyd olunan illər üçün prioritet sahələr müəyyənləşib.