Fevralın 18-də Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda forum keçiriləcək. Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, sahibkarların ictimai birliklərinin, qeyri-hökumət təşkilatlarının və iş adamlarının iştirakı gözlənilir.
Forumun təşkilində məqsəd Azərbaycanda həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklər, dövlət-biznes münasibətləri, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri və onun gələcək perspektivləri, həyata keçirilən islahatlar və onların nəticələri və s. ilə bağlı müzakirələr aparmaq, vergi sisteminin səmərəliliyinin artırılması istiqamətində iş adamlarının, ictimaiyyət nümayəndələrinin təkliflərini dinləməkdən ibarətdir.