Bu ilin 8 ayında sosial təminat növləri üzrə ötən ilin eyni dövrünə nisbətən 782,7 milyon manat çox vəsait ödənilib

2020.09.03 11:48 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-avqust aylarında ümumilikdə 2 milyon 600 minə yaxın şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin sosial təminat növləri üzrə əhaliyə yanvar-avqust aylarında 3,8 milyard manatdan çox vəsait ödənilib. Bu da ötən ilin eyni dövrünə nisbətən 25,7 faiz və ya 782,7 milyon manat çoxdur.