Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

2020.09.02 14:54 (UTC+04:00)

Sentyabrın 2-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101083S dövlət qeydiyyat nömrəli, 150 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.5158 (6.26 faiz) olan 24 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 590 milyon 357 min 200 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 (6.26 faiz), orta ölçülmüş qiyməti 99.5158 (6.26 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150 milyon manat təşkil edib. Notlar sentyabrın 30-da ödəniləcək.