Ukrayna və Polşa vergi cinayətlərinə qarşı səyləri birləşdirir

2020.09.07 13:27 (UTC+04:00)

Ukrayna və Polşa hökumətləri fiskal cinayətlərə qarşı birgə mübarizə aparmaq sahəsində əməkdaşlıq etməyi planlaşdırır. Polşanın RAR informasiya agentliyinin məlumatına əsasən, bu ölkələrin maliyyə nazirləri Sergey Marçenko və Todeuş Kostsinski vergi cinayətkarlığına və ƏDV-nin qanunsuz əvəzləşdirilməsinə qarşı mübarizə çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi barədə bəyanat imzalayacaqlar.

"Dövlətlər vergidən yayınmaya qarşı cəhdlərin qarşısını almaq və fırıldaqçılığa qarşı daha səmərəli mübarizə aparmaq üçün yaxından əməkdaşlıq etməlidirlər", - T.Kostsinski Kiyevə səfəri zamanı bildirib.