Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0108001782 ISIN-li, 10 milyon manat həcmində, 1820 gün tədavül (1603 gün dövriyyə) müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 8 investor tərəfindən qiyməti intervalı 85.4000 (13.1472 faiz) və 92.3816 (10.9226 faiz) olan 9 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 91.4193 (11.2165 faiz), orta ölçülmüş qiyməti 92.2814 (10.9530 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 27 milyon 233 min 100 manat, yerləşdirilmiş həcmi isə 2 milyon 416 min 400 manat təşkil edib.
İstiqrazlar 2025-ci il yanvarın 21-də ödəniləcək. Hərrac iştirakçıları sentyabrın 2-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.