Azərbaycan neftinin qiyməti bahalaşıb

2020.09.02 11:00 (UTC+04:00)

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,7 dollar artaraq 45,92 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.