Mərkəzi Bankın valyuta ehtiyatları artıb

2020.09.01 15:12 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

AMB-nin valyuta ehtiyatları sentyabrın 1-nə 6 milyard 483,9 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın eyni dövrü ilə müqayisədə 15,2 milyon dollar çoxdur.