Avqustda “Bir Pəncərə” mərkəzi 19,5 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib

2020.09.01 12:10 (UTC+04:00)

Cari ilin avqust ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 19,5 milyon ABŞ dolları olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayında bildirilir ki, yanvar-avqust ayları isə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 312,8 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.