Koronavirus pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalma müşahidə olunur.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayında bildirilir ki, bunun nəticəsində cari ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 23 milyon manat təşkil edib.
Ümumilikdə isə yanvar-iyul ayında əcnəbilər ölkəmizdə bank kartları vasitəsilə 302,7 milyon manatlıq əməliyyatlar aparıblar.