İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəşr etdiyi növbəti ixrac icmalına əsasən, 2020-ci ilin iyul ayında ölkəmizdən ixrac edilən qeyri-neft sektoru üzrə məhsulların dəyəri 123 milyon ABŞ dolları təşkil edib. Ay ərzində ən çox qeyri-neft-qaz məhsulları Rusiyaya (48,3 milyon ABŞ dolları), Türkiyəyə (27,8 milyon ABŞ dolları), İsveçrəyə (11,5 milyon ABŞ dolları), Gürcüstana (7,5 milyon ABŞ dolları) və Çinə (3,4 milyon ABŞ dolları) ixrac edilib.
2020-cu ilin iyul ayında qeyri-neft sektoru üzrə ixracda albalı və gilas (16,4 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (12,1 milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 10,7 milyon ABŞ dolları) üçüncü sırada olub.