Dünyanın ən istedadlı və ən çox pul qazanan idmançılarından olan Messinin Madridin “Barselona” komandasından ayrılmaq barədə qərarı yalnız Kataloniya klubunun tərəfdarlarını deyil, ölkənin maliyyə sistemini də silkələyəcəyi, argentinalı ulduzun ödədiyi vergi rəqəmləri barədə xəbərlər İspaniya mətbuatının ön səhifələrinə çıxıb.
“Sport” qəzeti Messinin illik qazancı sayəsində İspaniyanın dövlət büdcəsinə hər il 50 milyon avro vergi daxil olduğunu yazıb. “Messinin getmək ehtimalı maliyyəni də silkələyəcək” ifadəsini işlədən qəzet onun ən çox vergi ödəyən futbolçu olduğunu vurğulayıb.
Qeyd edək ki, Messi İspaniyada futbol oynadığı dövrdə 4,1 milyon avro vergi yayındırmaq ittihamı ilə məhkəmə tərəfindən 21 ay azadlıqdan məhrum edilmiş, lakin bu cəzanın qarşılığı olaraq pul ödəmişdi.
İspaniya mətbuatının yazdığına görə, “Barselona”dan ayrılacağı halda Messinin İngiltərənin “Mançestr Siti” klubuna getmək ehtimalı daha böyükdür.