Pərakəndə ticarətdə POS-terminalların sayı artıb

2020.08.28 15:33 (UTC+04:00)

2020-ci ilin iyul ayında Azərbaycanda ticarət və xidmət sektorunda istifadə edilən POS-terminalların sayı 55 min 487 ədəd olub. Onların 54 min 240 ədədi pərakəndə ticarət sektorunda istifadədə olub. Mərkəzi Bankın aylıq hesabatına əsasən, istifadədə olan POS-terminalların 36 min 222 ədədi Bakıda,19 min 265 ədədi isə regionlarda quraşdırılıb.