2020-ci ilin iyul ayında Azərbaycanda istifadə edilən ödəniş kartlarının sayı artaraq 8 milyon 793 minə çatıb. Mərkəzi Bankın aylıq hesabatına əsasən, artım daha çox kredit və əməkhaqqı kartlarının hesabına baş verib.
İyulda debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların ümumi həcmi artaraq 2 milyard 682 milyon manata çatıb. İyun ayında bu göstərici 2 milyard 309 milyon manat olub.