Azərbaycan iyulda 2,3 milyard dollarlıq ticarət əməliyyatları aparıb

2020.08.27 18:18 (UTC+04:00)

İyulda Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 2 milyard 356 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının ümumi dəyərinin 911,2 milyon dolları idxalın, 1 milyard 444,8 milyon dolları isə ixracın payına düşüb.