Bu il əsas kapitala yönəldilmiş vəsaitin 101,3 milyon manatı informasiya və rabitə sahəsinə xərclənib

2020.08.27 15:26 (UTC+04:00)

Yanvar-iyul aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 1,3 faizi informasiya və rabitə sahələrində xidmətlərin göstərilməsinə sərf olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitin 101,3 milyon manatı informasiya və rabitə sahəsinin, o cümlədən 93,5 milyon manatı rabitənin payına düşüb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 57,1 faiz artım deməkdir.