Birinci yarımildə Mərkəzi Bankda 50 valyuta hərracı təşkil olunub

2020.08.27 11:39 (UTC+04:00)

Birinci yarımildə Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi üzrə hərracların təşkili davam etdirilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda deyilir.

Hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl “Bloomberg” terminalı vasitəsilə bazar iştirakçılarına elan edilib. Birinci yarımillikdə Mərkəzi Bankda ümumilikdə 50 valyuta hərracı keçirilib. Birinci rübdə valyuta bazarında tələb artsa da, aprel ayından başlayaraq tələbin azalması və stabilləşməsi müşahidə olunur.