Yanvar-iyun ayları ərzində ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələməkdə davam edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda deyilir.
2020-ci ilin birinci yarımilliyinin sonuna ölkənin strateji valyuta ehtiyatları 37 aylıq mal və xidmət idxalına kifayət edib (2020-ci ilin I rübü üzrə mal və xidmət idxalı götürülməklə). Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 5 dəfə üstələyib.