Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2020.08.26 17:18 (UTC+04:00)

Avqustun 26-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100983S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5158 (6.26 faiz) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 693 milyon 356 min 700 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 (6.26 faiz), orta ölçülmüş qiyməti isə 99.5158 (6.26 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon manat təşkil edib. Notlar sentyabrın 23-də ödəniləcək.