İqtisadiyyata kredit qoyuluşu artıb

2020.08.26 17:55 (UTC+04:00)

Avqustun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 milyard 204,5 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, bu göstərici ötən ayla müqayisədə 34,7 milyon manat, keçən ilin eyni dövrü ilə müqayisədə isə 862,2 milyon manat çoxdur.