Əhalinin banklardakı əmanətlərinin həcmi 7,7 milyard manat təşkil edib

2020.08.27 09:58 (UTC+04:00)

Avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi 7 milyard 774,2 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, əhalinin banklardakı əmanətləri son bir ayda 67,8 milyon manat artıb. İlin əvvəlinə nisbətən bu göstərici 863,7 milyon azalıb.