“Unicapital İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti bildirir ki, səhmdarlarının illik ümumi yığıncağı 23 may 2025-ci il tarixdə, saat 15:00-da Bakı şəhəri, Rəşid Behbudov 55 ünvanında yerləşən “Unibank”ın Baş ofisində keçiriləcəkdir. Yığıncaqda müzakirə olunması nəzərdə tutulan məsələlər aşağıdakılardır: 1. "Unicapital İnvestisiya Şirkəti" ASC-nin investisiya qiymətli kağızlarının emitenti olaraq 2024-cü il üzrə illik hesabatının təsdiq edilməsi barədə; 2. "Unicapital İnvestisiya Şirkəti" ASC-nin 2024-cü il üzrə maliyyə hesabatlarının (kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları və kənar auditorun rəyini əks etdirən müvafiq sənədlər əlavə edilməklə) təsdiq edilməsi barədə; 3. Cəmiyyətin fəaliyyəti ilə bağlı digər məsələlər. Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlərlə bağlı materiallarla tanış olmaq üçün məsul şəxs Cəmiyyətin əməkdaşı Fidan Əkbərli təyin edilmişdir. Yaranan suallarla əlaqədar olaraq, aşağıdakı e-mail ünvanına müraciət etməyiniz xahiş olunur: [email protected]