“Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs (VÖEN 1400125591) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Həkim- Sanitar Xidmətinin 1 saylı Bakı Dəmir Yolu Poliklinikası Məhdud Məsuliyyətli Cəmiyyəti (1 saylı Bakı Dəmir Yolu Poliklinikası) (VÖEN 1500157861) və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Həkim- Sanitar Xidmətinin 2 saylı Bakı Dəmir Yolu Poliklinikası Məhdud Məsuliyyətli Cəmiyyətinin (2 saylı Bakı Dəmir Yolu Poliklinikası) (VÖEN 1000481501) ona qoşulması yolu ilə yenidən təşkil edildiyini və sonuncuların ləğvini elan edir. Kreditorlar 1 saylı Bakı Dəmir Yolu Poliklinikası və 2 saylı Bakı Dəmir Yolu Poliklinikasına qarşı tələblərini iki ay ərzində AZ1029, Bakı şəhəri Yasamal Rayonu, M.Müşfiq küçəsi, ev 1M ünvanına bildirə bilərlər.