01 mat 2025-ci il tarixində, saat 10:00-da "Sumqayıt Aşqarlar" ASC-nin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ünvanında yerləşən "Sumqayıt Aşqarlar" ASC-nin inzibati binasında Cəmiyyətin Səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələ daxildir: "Sumqayıt Aşqarlar" ASC-nin təsis sənədində (Nizamnamə) dəyişiklik edilərək Cəmiyyətin adının "Sumqayıt Aşqarlar Oil Refinery" ASC kimi adlanması; Yığıncaq iştirakçılarının qeydiyyatı saat 09:00-da başlanır. Yığıncaq saat 10:00-da başlanır. Qeydiyyat üçün pasport və ya şəxsiyyətinizi təsdiq edən digər sənəd təqdim olunmalıdır. Səhmdarların növbədənkənar ümumi yığıncağında şəxsən özünüz və ya notarius tərəfindən təsdiq edilmiş etibarnamə əsasında nümayəndəniz iştirak edə bilər. Növbədənkənar ümumi yığıncağın gündəliyində duran məsələ ilə əlaqədar Cəmiyyətin hüquqşünası N.İ.Behbudova müraciət edə bilərsiniz. Əlaqə telefonu: (051) 873-40-13